DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatı davam edir. Ötən axşam Niderland – Yaponiya ilə qarşılaşıb.

 Tribuna.az  xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Avropa təmsilçisinin heyətində Vircil van Deyk (50) və Krisensio Sammervill (64) fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura (57) və Daiti Kamada (88) vurublar.

E qrupunda Ekvador seçməsi ilə qarşılaşan Fildişi Sahili 1:0 hesablı qələbə qazanıb.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Aftika təmsilçisi qələbə qolunu 90-cu dəqiqədə vurub. Hücumçu Amad Diallo diqqət mərəzinə düşməyi bacarıb.

İsveç isə Tunisi məğlub edib. Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar 5:1 hesablı qələbəyə sevinib.

İsveçin qollarını Yasin Ayyari (7, 90+6), Aleksandr İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq vurublar. Tunisin yeganə qolu Omar Rekikin (43) aktivinə yazılıb.