“Carlo Pazolini Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Tribuna.az-ın məlumatına görə, Axundov Eldar Adil oğlunun rəhbərlik etdiyi QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 153.164,74 AZN-ə çatıb.
Eldar Axundova xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməyib və idarə məhkəməyə müraciət edib.
Məhkəmənin qərarı ilə 1969-cu il təvəllüdlü Eldar Axundovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qaynarinfo-









