Son aylar yağan intensiv yağışlar Altıağac-Xızı yolunu dağıdaraq bərbad hala salıb.
Tribuna.az xəbər verir ki, bu barədə sözügedən yoldan istifadə edənlər şəkdikləri videoda bildiriblər.
Sakinlərin sözlərinə görə, yolun böyük bir hissəsi dağılıb. Yol aralanıb və sürüşmə olub. Yolda avtomobillər növbəli şəkildə hərəkət edir.
Sakinlər bildirib ki, sözügedən yolda problem ötən il yağan yağışlardan sonra başlayıb. Bu il yağan yağışlar isə yolu daha da bərbad hala salıb.
Sakinlərin sözlərinə görə, problemlə əlaqədar Xızı rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciətlər də ediblər. Lakin sakinlər bildirib ki, yolun düzəldilməsi və problemin ağırlaşmasının qarşısını almaq üçün heç bir tədbir görülmür.
Gülşən Rəsul









