Yasamalda yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğından sonra bina yarasız hala düşüb. Bina əsaslı təmir olunmalıdır.
Tribuna-nın məlumatına görə, bu barədə sözügedən binada yaşayan jurnalist Heydər Mirzə yazıb.
O bildirib ki, Baş Prokurorluq müstəntiqləri bütün günü orada olub və analiz üçün maddi sübutlar aparıblar:
“Bina yaşayış üçün yararsızdır. Lift şaxtaları və bir çox boru və nəqillər əriyib hərfi mənada. İşıq yox. Su yox. Qaz yox. Bina əsaslı təmir tələb edir.
Mənzillərə ziyan demək olar ki dəyməsə də, bütün mənzillərdə ciddi kimyavi təmizləmə tələb olunur.
Adamlar qohum – tanışların evinə köçüb. Bu nə qədər sürəcək?”.
Nigar İxtiyarqızı









