“Hindistanda öskürək siropundan zəhərlənən və ölən uşaqlar var. Çox təəəssüf ki, Azərbaycanda da öskürək siropunu valideynlər meyvə şirəsi kimi qəbul edir və uşağa özbaşına içirirlər. Qətiyyən yolverilməzdir”
Tribuna xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, öskürək dərmanı meyvə şirəsi deyil və onu həkim məsləhəti olmadan uşağa vermək olmaz:
“Valideynlər həkim qəbulunda olarkən “bir öskürək dərmanı deyin, uşağa verim” deyə tələb edirlər. Əslində müayinəsiz öskürək dərmanı təyin olunmamalıdır.
Quru, bəlğəmli, tutmaşəkilli, boğucu öskürəklər olur uşaqlarda. Hər biri ayrıca yanaşma tələb edir. Ona görə də həkimi məcbur etmək düzgün deyil!
Aptek işçiləri də meyvə şirəsi kimi öskürək siroplarını satmamalıdır.
Müayinə, həkim məsləhəti olmadan uşaqlara öskürək siropu vermək qətiyyən olmaz”.
Gülşən Rəsul










