Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı bu il Jumeirahdakı (Dubay) First Avenue Mall alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.
Tribuna.az xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
O qeyd edib ki, həmin dükanın sahəsi 1500 kv.metrdir. Mağazada isə satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşylarının satışı həyata keçirilir. O da vurğulanır ki, satışa çılxarılmış məhsulların ümimi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir.
Fərda Uğur


















