Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycan UEFA reytinqində neçəncidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Tribuna.az  xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb.

Ötən gün “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda “Tvente”yə uduzub – 1:4.

Azərbaycanın cari mövsüm qazandığı əmsal isə 5.125-ə bərabərdir.

24-cü yerdəki İsrailin 23.875, 26 mövqedəki Sloveniyanın 22.843 əmsalı var.

Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.