“Acından ölən deyiləm” deyən Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI

“Acından ölən deyiləm” deyən Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama ilə gündəm olmuşdu.
Belə ki, Şamaxının Məlhəm kəndində özünə məxsus restoranı işlədən Vidadi Zeynalov bu addımını belə izah etmişdi ki, ac qalmaq fikri yoxdur.
TİA.AZ musavat.com-a istinadən xəbər verir ki, “Rose Park” adlı restorana ümumi nəzarəti özünün etdiyini deyən V.Zeynalov toyuq-cücə saxladığını, taxıl əkdiyini də bildirmişdi: “Acından ölən deyiləm ki?”.
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımı isə göstərir ki, sabiq aparat rəhbəri heç də özünün dilə gətirdiyi kimi kasıblamayıb.
C.Həsənli rəsmi sənədlərə istinadən yazır ki, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və hazırda “Rabitəbank”ın “Mərkəz” filialının direktoru olan kürəkəni Nəriman Muradovun İstanbulun Şişli bölgəsində şərikli inşaat şirkəti var.
Şirkətin adı “PLZ Star Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret Limited”dir.
Şirkət inşaat sektorunda demək olar ki, bütün xidmətləri göstərir. Şirkətin baş hərfləri “PLZ” oxuculara heç də yad deyil.
“Rabitə işi” üzrə istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkirdi. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun “krışalığı” ilə.
Bu şirkətlər arasında diqqət çəkənlər əsasən “Qafqaz-S İnşaat” MMC və “PLZ” MMC idi.
“Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub.
“PLZ” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb. “PLZ” V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.
MMC-nin faktiki sahibi Vidadi Zeynalov özü olub və mühasibatlığa da o nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.
Rabitə nazirliyində təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı “PLZ” MMC, “Qafqaz-S İnşaat” MMC, “Fərid R” MMC, “Real-Tikinti Quraşdırma” MMC və “Violin Travel” MMC qalib edilib.
Bundan əvvəl isə “PLZ.” MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.
Yerli daşınmalar əsasən Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və “Azəreksprespoçt” RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfind