“1xeber” – 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu

“1xeber” – 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 iyul 2016-cı ildə sosial şəbəkə platforması kimi fəaliyyətə başlayan “1xeber” bu gün 10 illik yubileyini qeyd edir.

Yarandığı ilk gündən etibarən əsas məqsədi cəmiyyət üçün əhəmiyyət daşıyan sosial, ictimai-siyasi və aktual hadisələri operativ, obyektiv və məsuliyyətli şəkildə ictimaiyyətə çatdırmaq olub. Sosial medianın xəbər mənbəyi kimi yeni inkişaf etdiyi dövrdə fəaliyyətə başlayan “1xeber” qısa müddətdə geniş oxucu auditoriyasının etimadını qazanaraq ölkənin tanınan xəbər platformalarından birinə çevrilib.

Platforma ötən 10 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə işıqlandırmaqla yanaşı, vətəndaşların sosial problemlərinə də xüsusi diqqət ayırıb. Fəaliyyəti dövründə qaynar xəttə daxil olan minlərlə müraciət araşdırılıb, problemlər ictimailəşdirilərək aidiyyəti qurumların diqqətinə çatdırılıb. Bir çox hallarda bu müraciətlərin müsbət həllini tapması insanların həyatında mühüm dəyişikliklərə səbəb olub.

Bu müddət ərzində əldə edilən ən böyük uğur statistik rəqəmlər deyil, oxucuların qazandırdığı etimad və inamdır. Məhz bu etimad platformanın peşəkar fəaliyyətini davam etdirməsi üçün əsas motivasiya mənbəyidir.

Bu gün “1xeber” təkcə xəbər paylaşan media resursu deyil, həm də insanların müraciət ünvanına çevrilmiş, sosial problemlərin işıqlandırılmasında fəal rol oynayan, operativliyi və etibarlılığı ilə seçilən informasiya platformasıdır.

10 illik fəaliyyət dövründə göstərilən dəstəyə görə oxuculara, izləyicilərə, əməkdaşlara və tərəfdaşlara təşəkkür edilir.

Arzu olunur ki, “1xeber” bundan sonrakı illərdə də peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq obyektiv və operativ fəaliyyətini davam etdirsin.

10 il sadəcə bir zaman göstəricisi deyil. Bu, minlərlə xəbər, on minlərlə hadisə, saysız-hesabsız insan taleyi və qazanılmış böyük etimadın göstəricisidir.