Binəqədi rayonu, Biləcəri qəsəbəsində yeləşən “Green Ville” Residence sakinlərin binaya girişinə problem yaradır.
Tribuna.az xəbər verir ki, bu barədə sözügedən binanın sakini özü video paylaşıb.
O bildirib ki, residence rəhbərliyi mənzillərə domofon quraşdırmaq üçün sakinlərdən 330 manat yığıb. Domofon quraşdırılıb, lakin üz tanıma proqramı hələ də yüklənmədiyi üçün sakinlər binaya girə bilmir.
Sakinlər problemin yaranmasında “Green Ville” rəhbərliyini günahlandırırlar.
Şikayətçi qeyd edib ki, pul tez yığılır, ancaq heç bir problem həllini tapmır.
Narazılıq edən sakinin paylaşdığı videonu təqdim edirik:
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









