“Tamstore” markerlərinin məhsulları ilə bağlı şikayətlər artmaqda davam edir.
Tribuna.az xəbər verir ki, növbəti şikayət videosunu jurnalist Səidə Bəkirqızı paylaşıb.
Jurnalist bildirib ki, “Tamstore”dan aldığı şirniyyat qablaşdırılmış olsa da, formasını dəyişmiş, tamam əzilmiş şəkildə olub.
Məhsulun son istifadə tarixi ötməsə də, görünür saxlama şərtlərinə əməl edilməyib.
S.Bəkirqızının çəkdiyi videonu təqdim edirik:
Xatırladaq ki, “Tamstore”un məhsulları ilə bağlı bu ilk şikayət videosu deyil.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









