Sumqayıt şəhərində 2015–2026-cı illər ərzində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən bəhs edən sənədli film hazırlanıb
Poliqon xəbər verir ki, film ötən dövr ərzində şəhərin sosial-iqtisadi, sənaye, infrastruktur və mədəni həyatında baş verən mühüm dəyişiklikləri əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sumqayıtda həyata keçirilən layihələr filmin əsas mövzusunu təşkil edir.
Sənədli filmdə şəhərin simasının yenilənməsi, yeni yolların, parkların, sosial və digər infrastruktur obyektlərinin yaradılması geniş şəkildə təqdim olunur. Eyni zamanda, sənaye potensialının gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində görülən işlərə də nəzər salınır.
Son 11 ildə Sumqayıtın müasir şəhərsalma prinsipləri əsasında keçdiyi inkişaf yolu filmdə faktlar və görüntülər əsasında nümayiş etdirilir. Şəhərin sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr xüsusi yer tutur.
Film Sumqayıtın dünəni ilə bu gününü müqayisə etməyə, şəhərin keçdiyi inkişaf yolunu daha aydın görməyə imkan yaradır. Sənədli filmdə görülən işlərin miqyası və Sumqayıtın gələcək inkişaf perspektivləri də öz əksini tapıb.
Sumqayıtın son 11 ildəki inkişaf salnaməsini əks etdirən filmi təqdim edirik.









