“WhatsApp” “Telegram”ın təsisçisi Pavel Durov tərəfindən messencerin təhlükəsizliyi ilə bağlı səsləndirilən ittihamlara cavab verib.
Tribuna.az xəbər verir, P.Durov aprelin 11-də “X” sosial şəbəkəsində “istifadə rahatlığı və təhlükəsizliyi eyni anda maksimum səviyyədə optimallaşdırmaq mümkün deyil” deyə yazmışdı.
Onun sözlərinə görə, bu, “WhatsApp”ın şifrələnməmiş ehtiyat nüsxələrindən mesajların 95%-nin sızması və ya “Signal” vasitəsilə bildirişlər üzərindən mesajların açıqlanması kimi kompromislərə gətirib çıxarır.
Buna cavab olaraq “WhatsApp” nümayəndələri bildirib ki, bu açıqlama “Telegram” haqqında çox şeyi izah edir və onların bu iki amili (rahatlıq və təhlükəsizlik) birləşdirməyə belə cəhd etmədiyini göstərir.
Şirkət qeyd edib ki, “WhatsApp” şəxsi və qrup mesajları üçün standart olaraq “istifadəçidən-istifadəçiyə” (“end-to-end”) şifrələmə sistemi təmin edir və şifrələnmiş ehtiyat nüsxələr də mövcuddur.









