Rusiya Qarabağ ermənilərindən əl çəkmir

Rusiya Qarabağ ermənilərindən əl çəkmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qaraağdan könüllü köçmüş ermənilərdən əl çəkmir.

Tribuna.az xəbər verir ki, rəsmi İrəvan belə onları qaçqın kimi saymadığını bəyan etsə də, Moskva onlara “humanitar yardım” etməyə davam edir.

Belə ki, dünən Rusiya “Rusiya sizinlədir” adlı layihəsi çərçivəsində 40 min erməniyə çatacaq növbəti “humanitar yardım” partiyasını göndərib. Hərçənd bu yaxınlarda Ermənistan tərəfi rusların daha bir “yardım”ını geri qaytarmışdı və buna gərək olmadığını bildirmişdi.

Kremlin bu addımı Ermənistanda məskunlaşmış Qarabağdan köçən erməniləri əlində saxlamaq cəhdidir. Onların hədəfi qarşıdan gələn parlament seçkilərində Paşinyana qarşı bu kontingentdən istifadə etməkdir. Uzaq hədəf isə gələcəkdə Azərbaycan əleyhinə istifadə cədhlərini əlində saxlamaqdır.

Fərda Uğur