Tramp Ukrayna məsələsindən məyus olub

Tramp Ukrayna məsələsindən məyus olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin bitməsini istəyir və buna nail olmaq üçün artıq çox şey edib”.

Tribuna.az xəbər verir ki, bu barədə ABŞ mətbuat katibi Marko Rubio bildirib.

Siyasətçinin sözlərinə görə, Amerika lideri buna çoxlu siyasi kapital qoyub. O əlavə edib ki, fərdi məsələlərdə müəyyən irəliləyişlərə baxmayaraq, Tramp ümumilikdə məyusdur. “O, sadəcə başa düşmür ki, bu qədər qəddar, dəhşətli və qanlı müharibədə iki ölkə ona necə son qoymaq barədə razılığa gələ bilmir. Stiv Vitkoff bunu sona çatdırmaq üçün öz hesabına neçə dəfə dünyanı gəzib, bilmirəm. Buna görə də, bu işə çox səy göstərən çoxlu insanımız var və düşünürəm ki, məsələlərin həllində irəliləyiş əldə etmişik. Amma bəzi məsələlər təəssüf ki, çox, çox mürəkkəb olaraq qalır”.

Fərda Uğur