İran prezident Məsud Pezeşkian şəxsən ehtiyacı olan məhbusların azad edilməsi üçün 5 milyard tümən (təxminən 50 min manatdan bir qədər artıq) yardım edib. Tribuna.az bildirir ki, bu barədə prezident müavini və ölkənin Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Seyid Həmid Purməhəmmədi məlumat verib.
Onun sözlərinə görə, həmin vəsait qəsdən və saxtakarlıqla törədilməyən cinayətlərdə ittiham olunan məhbusların azad edilməsi üçün ayrılıb. Yəni, həmin şəxslərin borcları bu pulla bağlanacaq. Ki, onlar həbsdən azadd edilsinlər.
Xatırladaq ki, İranda bu uzun müddətdir mövcud olan ənənələrdən biridir. İl boyu iş adamları, imkanlı şəxslər və digərləri borc səbəbindən həbsə düşmüş məhbusların azad edilməsi üçün ianələr edirlər. Həmin pullar həbsdə olan şəxslərin borclarının bağlanmasına və ya vurulan zərərin qarşılanmasına sərf edilir.
Fərda Uğur









