2024-cü il Olimpiya və dünya çempionu amerikalı yüngül atlet Şa Karri Riçardson həbs edilib.
Tribuna.az GMA nəşrinə istinadən xəbər verir ki, idmançı ABŞ-nin Florida ştatının sürət həddini aşdığı üçün polis tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanları Riçardsona məxsus “Aston Martin” markalı avtomobilin saatda 104 mil (təxminən 167 km/saat) sürətlə hərəkət etdiyini qeydə alıblar. Həmin ərazidə icazə verilən sürət həddi 65 mil (təxminən 105 km/saat) olub.
Qeyd edək ki, daha əvvəl Şa Karri Riçardson sevgilisi, sprinter Kristian Koulmana hücum etməkdə ittiham olunaraq saxlanılmışdı. Polis hesabatına əsasən, Riçardson məişət zorakılığının dördüncü dərəcəsi maddəsi ilə həbs edilib.









