“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Sözün varsa, de!” tammetrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinə və hüquqlarının alınmasına 400 000 AZN sərf edəcək.
Tribuna.az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, vəsait “Seyidbəyli Film” MMC-yə köçürüləcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. MMC-nin rəhbəri Seymur Oktay oğlu Seyid-Bəylidir.









