İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi – Video

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 gündür itkin düşən balıqçı Ağadədə Həsənovun meyitinin ailəsinə təhvil verilmə anının görüntüləri yayılıb.

Tribuna.az xəbər verir ki, görüntüləri  İTV paylaşıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.

Qeyd edək ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən digər balıqçı 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

İtkin düşən balıqçılar qohum idi.