“İstəsək, İranı bir günə məhv edə bilərik”

“İstəsək, İranı bir günə məhv edə bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ istəsə, İranı çox qısa müddətdə məhv edə bilər.

 Tribuna.az xəbər verir ki, o bu haqda “Fox News” telekanalına müsahibəsində danışıb.

Tramp qeyd edib ki, ABŞ-nin hərbi gücü İrandan böyük üstünlüyə malikdir və Vaşinqton bir gün ərzində onu yox edə biləcək imkanlara sahibdir.

Bununla belə, o vurğulayıb ki, belə bir addımın atılması məqsədəuyğun deyil.

“ABŞ istəsə, İranı qısa müddətdə, hətta, bir günə məhv edə biləcək gücə malikdir. Amma bu ciddi məsələdir”.