SEPAH Fars körfəzində daha bir xarici gəmini saxlayaraq, müsadirə edib.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran həmin gəminin 4 milyon litr yanacağı qanunsuz daşıdığını iddia edib.
Məlumata görə, gəmidə 16 xarici vətəndaş olub. Lakin onların nə adı, nə də hansı ölkəyə məxsus olduğu barədə açıqlama verilmir.
Qeyd edək ki, İran tərəfi 12 günlük müharibədən sonra bir qədər geri çəkilsə də, yenidən hücuma başlayıb. Artıq 4-cü yük gəmisidir ki, saxlayırlar və müsadirə edirlər.
Bildirək ki, həmin gəmilərdən biri də məşhur Azərbaycan şirkətinıə məxsusdur. Bu gün qədər onun aqibətindən heç bir xəbər yoxdur.
Fərda Uğur









