Ukraynanılar rusların 8 milyonluq silahını məhv elədilər

Ukraynanılar rusların 8 milyonluq silahını məhv elədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Qvardiyasının döyüşçüləri Rusiya işğalçı qüvvələrinə məxsus ağır “Solntsepyok” odsaçan sistemini məhv edib.

Tribuna.az xəbər verir ki, bu barədə UMQ-nin komandiri Aleksandr Pivnenko məlumat verib .

Onun sözlərinə görə, düşmən sistemi Lazar Qrupunun zərbə dəstəsinin PUA bölməsinin müdafiəçiləri tərəfindən təqib edilib. “Son əməliyyatın bir hissəsi olaraq, Lasar Qrupunun pilotları daha bir TOS-1A “Solntsepok”u məhv ediblər”.

Qeyd edək ki, “Solntsepok” termobarik sursatlardan atəş açan ağır odsaçan sistemdir. Onun məqsədi yüngül zirehli texnikanı, nəqliyyat vasitələrini, eləcə də bina və qurğuları məhv etməkdir.⁣⁣

Bildirək ki, belə bir silahın qiyməti təxminən 8 milyon dollardır.

Fərda Uğur