Son zamanlar kəskinləşən Ermənistan hökuməti ilə yerli kilsə arasında münasibətlərlə bağlı bəzi açıqlamalar gülməli vəziyyət alıb.
Tribuna.az xəbər verir ki, müxalifət və kilsənin radikal qanadı bütün məsələləri Azərbaycana bağlamağa çalışırlar.
Bir qədər əvvəl əksər müxaliflər prosesin Bakıdan idarə edildiyini, baş nazir Nikol Paşinyanın Azərbaycandan təlimat aldığını, hətta QMİ sədri Allahşükür Paşazadənin “tezisləri” əsasında addımlar atıldığını iddia edirdilər.
Bu gün isə keşişlərdən biri daha gülməli açıqlama verib. Belə ki, Byurakan Müqəddəs Con Kilsəsinin ruhani pastoru Vrtanes Baqalyan Azərbaycan Ordusunun hazır vəziyyətdə dayandığını iddia edib. “Ermənistan hakimiyyəti Cermukun zirvəsində oturmuş Azərbaycan Ordusunun köməyi ilə erməni kilsəsini ələ keçirməyə çalışırlar”.
P.S. Bu ermənilərin xəyal gücü hədd tanımır. Daha elə bir versiya qalmayıb ki, erməni kilsəsinin cinayətlərini ört-basdır üçün istifadə olunmasın.
Fərda Uğur









