Ermənistanın baş naziri Nikol Paşinyanın kürəkəninə məxsus “Haykakan Jamanak” qəzeti müxalifət liderlərindən olan Samvel Karapetyanla bağlı maraqlı xəbər dərc edib.
Tribuna.az xəbər verir ki, nəşr 2016-cı ildə “Bizim Yolumuz” Hərəkatının rəhbərinin oğlunun toyu ilə bağlı detalları təqdim edib.
Xəbərdə deyilir ki, Samvel Karapetyan 2016-cı ildə Moskvanın “Safisa” ziyafət zalında oğlu Sarkis Karapetyana toy edib. “O, bu məsələyə münasibət bildirməkdən yayınır. Çünki o dövrdə Moskva “Safisa” ziyafət salonu məşhur Azərbaycan iş adamı Telman İsmayılova məxsus idi”.
Erməni qəzeti daha sonra başqa bir paralel də aparıb. “Samvel Karapetyanın fikrincə, Azərbaycanlıya məxsus restoranda 2 milyon dollara toy təşkil etmək olar, amma dövlətlərarası münasibətləri normallaşdırmaq üçün Azərbaycandan benzin almaq olmaz”.
Fərda Uğur









