ABŞ-də bu ilin noyabrında keçiriləcək aralıq Konqres seçkilərinin nəticəsi prezident Donald Trampın siyasi taleyini müəyyən edə bilər.
Tribuna.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mike Conson “Newsmax” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əsas məsələ respublikaçıların Nümayəndələr Palatasında çoxluğu qoruyub-qoruyamayacağıdır. Spiker qeyd edib ki, Respublikaçılar Partiyası seçkilərdə məğlub olarsa və palataya nəzarəti itirərsə, bu, Trampın prezidentliyi üçün son ola bilər.
Bundan əvvəl “Axios” portalı Donald Trampdan sonra ABŞ prezidentliyinə mümkün namizədləri açıqlayıb. Jurnalistlərin məlumatına görə, gələcəkdə ölkəyə vitse-prezident Ceyms Devid Vens və ya ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edə bilər.
Sənan Məmmədli









