Bərəkəti qaçıran vərdişlər — Bu səhvləri ETMƏYİN (VİDEO)

Bərəkəti qaçıran vərdişlər — Bu səhvləri ETMƏYİN (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pulu sevmək onu düşünmədən xərcləmək deyil, onu qorumaq, artırmaq və ağılla idarə etmək deməkdir. Çünki pul xərclənəndə deyil, idarə olunanda dəyər yaradır. Kiçik əmanətlərə hörmət edənlər zamanla böyük sərvətin əsasını qoyurlar”.

Tribuna.az xəbər verir ki, bu sözləri metafizik Aynur Akgün qatıldığı verilişdə deyib.

Onun sözlərinə görə, bu gün əhəmiyyətsiz görünən xərclər sabah əldən verilmiş fürsətlərə çevrilə bilər. Pulunu sevən insan büdcə qurur, qənaət edir, lazımsız borclardan qaçır, gələcəyini şansa buraxmır.
Pulu sevməmək israfçılığa, pulun köləsi olmaq isə yanlış qərarlara səbəb olur. Balans yaratmaq maliyyə uğurunun açarıdır.

“Pulunuzu sevin, qırışdırıb iki-üç qat etməyin. Kainatda hər şeyin enerjisi var. Eyni rəngli pulları bir-birinin yanına qoyun. Pulu qatlamaq olmaz. Pul qabısı qarışıq olanın həyatı da qarışıq olar”, deyərək Aynur Akgül tövsiyə edib.

Dəniz Pənahova