“Azərbaycandan nə qədər çox benzin gətirsək, o qədər yaxşıdır”

“Azərbaycandan nə qədər çox benzin gətirsək, o qədər yaxşıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan benzini nə qədər çox idxal edirik, bir o qədər tez istehlak olunur”. Tribuna.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Onun sözlərinə görə, Azərbaycandan gətirilən benzin qurtaran kimi, digər benzinlər bahalaşır. “Buna görə də, benzin xalqımız üçün həmişə ucuz olması üçün çoxlu Azərbaycan benzini gətirməliyik. Nə qədər çox gətirsək, qiymətlər bir o qədər düşəcək”.

Fərda Uğur