Azərbaycanda problemli kreditlər artdı – Mərkəzi Bank məlumat yaydı

Azərbaycanda problemli kreditlər artdı – Mərkəzi Bank məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb.

Tribuna.az  Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib.

Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət oktyabrın sonuna 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il noyabrın sonuna isə 1,7 % olub.