“Arvadım rəqsimə nifrət edir” – Tramp – Video

“Arvadım rəqsimə nifrət edir” – Tramp – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp kampaniya çıxışları zamanı etdiyi bəzi hərəkətlərin həyat yoldaşı Melaniya Tramp tərəfindən bəyənilmədiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, Tramp bu il keçiriləcək aralıq seçkiləri ərəfəsində Nümayəndələr Palatasındakı respublikaçılara transgender idmançıların qadınlar arasında yarışmasına qarşı çıxmaq kimi prioritetlər üzərindən kampaniya aparmağı tövsiyə edib.

Lakin çıxışı zamanı transgender idmançıya qarşı yarışan qadın atleti canlandırarkən mimikalar göstərdiyini deyən Tramp bu hərəkətləri yüngülləşdirməli olduğunu bildirib.

“Arvadım mən bunu edəndə nifrət edir”, – deyə Tramp auditoriyanın gülüşü altında bildirib.

“O, çox zərif insandır. Dedi ki, “bu, prezidentə yaraşmaz”. Mən isə cavab verdim: “Axı mən prezidentəm”.

Tramp deyib ki, kampaniya tədbirlərinin sonunda “YMCA” kimi musiqilər altında rəqs etməsi də cütlük arasında fikir ayrılığı yaradan mövzulardandır.

Prezident tez-tez səhnədə qol hərəkətləri və rəqs fiqurları ilə diqqət çəkir. Bu davranış futbolçuların qol vurduqdan sonra onu təqlid etməsi, eləcə də, Argentinanın Prezidenti Xavyer Mileinin Mar-a-Laqoda rəqs etməsi ilə geniş yayılıb.

Lakin Melaniya Tramp bu rəqslərin də “prezidentə yaraşmadığını” düşünür. Tramp bildirib ki, birinci xanım ona “Əzizim, bu, prezidentə uyğun deyil” deyir.

Melaniya Tramp ərinin diqqətini tarixə yönəldərək, ABŞ-nin sabiq Prezidenti Franklin Delano Ruzveltin heç vaxt rəqs etmədiyini xatırladıb.

“O dedi ki, “Ruzveltin rəqs etdiyini təsəvvür edə bilirsən?” Mən isə cavab verdim ki, o, demokrat olsa da, çox zərif insan idi”, – Tramp bildirib.

Donald Tramp əlavə edib ki, həyat yoldaşı insanların onun rəqsini, əslində, bəyənmədiyini, sadəcə nəzakət xatirinə müsbət reaksiya verdiyini düşünür. Prezident isə bununla razılaşmayıb: “Zal coşur. Mən daha sərbəst olmaq istəyirəm, amma kimsə məni nəzarətdə saxlayır”.

“Qafqazinfo”