Danelyan: “Azərbaycan Ermənistanı anklava çevirməyə çalışır”

Danelyan: “Azərbaycan Ermənistanı anklava çevirməyə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan artıq Azərbaycana yeni ərazi güzəştləri elan edib. Söhbət Tavuş bölgəsi və Kərkidən gedir. Hakim partiya daxilində belə müzakirələr davam edir”.

Tribuna.az bildirir ki, bunu erməni deputat Qarnik Danelyan deyib.

Onun iddiasına görə, gər Ermənistan Azərbaycana dəhliz verərsə, bu, onun sonu olacaq. “İlham Əliyev dünyada güc tətbiq etmək hüququnun işlədiyini bəyan edir, biz isə sülhdən danışırıq. Azərbaycan hərbi büdcəni artırır, biz isə azaldırıq”.

Danelyan başqa iddialarla da çıxış edib. “Əgər Azərbaycan Ermənistanda iqtisadi köklərini dərinləşdirsə, bir neçə ildən sonra Ermənistan artıq mövcud olmayacaq”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı anklava çevirməyə çalışır.

Fikrət Fəraməzoğlu