Ekspertlər bildirir ki, bu üsulla arıqlamaq kifayət qədər effektivdir.
Arıqlamaq üçün darçın
Tribuna.az yazır ki, artıq çəkidən narahat olan qadınlar tez-tez düşünürlər ki, ağır məşqlər olmadan qarın nahiyəsindəki piyləri necə azaltmaq olar, çünki hər kəsin mütəmadi idmanla məşğul olmaq imkanı yoxdur. Həkimlər darçının qarın nahiyəsində arıqlamağa kömək edib-etmədiyini və ondan düzgün necə istifadə olunmalı olduğunu araşdırıblar.
Darçının arıqlamaq üçün faydası nədir – necə qəbul edilməlidir?
Mirror nəşri yazır ki, kifayət qədər su içmək, düzgün qidalanma və fiziki aktivlik əsas rol oynasa da, arıqlama prosesini sürətləndirə bilən az tanınan bir maddə var – bu da darçındır.
Tibb jurnalında dərc olunan araşdırmalar darçının yağ yandırıb-yandırmadığını göstərib. Alimlərin məlumatına görə, darçın tərkibli əlavələr piylənmə göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir və piylənmənin müalicəsində çəkinin azaldılması üçün tövsiyə oluna bilər.
BBC Good Food materialında qeyd olunur ki, bu ədviyyat polifenollar adlanan bitki mənşəli birləşmələr ehtiva edir. Onlar qoruyucu antioksidant xüsusiyyətlərə malikdir. Məhz bu maddələr darçının bir çox faydalı xüsusiyyətini təmin edir və yeməklərin hazırlanmasında konservant kimi rolunu dəstəkləyir.
Başqa bir araşdırma isə göstərib ki, darçının müntəzəm istifadəsi bədən kütlə indeksi, bel, omba və qarın çevrəsi, eləcə də yağ toxumasının ümumi kütləsinə təsir edir. Alimlər arıqlamaq üçün gündə nə qədər darçın qəbul edilməli olduğunu da müəyyən ediblər. Onların məlumatına görə, ən təsirli nəticələr gündə 3 qram və daha çox darçın qəbul edilən hallarda müşahidə olunub. Xüsusilə polikistik yumurtalıq sindromu (SPKYS) olan şəxslərdə çəki azalması daha nəzərəçarpan olub.
Mütəxəssislər bildirirlər ki, darçını kakaoya, qəhvəyə və digər isti içkilərə əlavə etmək olar. Araşdırmalara görə, darçın arıqlamağa kömək etməklə yanaşı, piylənmənin qarşısını ala, yağ əmələgəlməsini bloklaya və yağların yandırılmasını sürətləndirə bilər.
Həkimlər vurğulayırlar ki, darçının rasiona daxil edilməsi bir çox üstünlüklərə malikdir. Onun iltihabəleyhinə, antioksidant, antidiabetik, antimikrob və xərçəngə qarşı təsiri var. Bundan əlavə, darçın xolesterinin səviyyəsini aşağı salan və ürək-damar xəstəlikləri riskini azaldan maddələr ehtiva edir.
İmran Kərimli









