Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.
Tribuna.az xəbər verir ki, dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.
Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.









