“Hoqqa” çay evində istehlaka yararsız içkilər aşkarlandı – FOTO

“Hoqqa” çay evində istehlaka yararsız içkilər aşkarlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “Hoqqa” çay evində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Tribuna.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, çay evi fiziki şəxs Şahmarov Üzeir Sərdar oğluna məxsus olub.

Obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.