Venesuelada baş verən məlum olaylardan sonra ermənilər isterikaya düşüb.
Tribuna.az xəbər verir ki, bəzi erməni ekspertlər Azərbaycanın bundan istifadə edərək, Ermənistana hərbi müdaxilə edə biləcəyi iddiasını ortaya atıblar.
Politoloq Artur Xaçaturyan bu barədə deyib ki, dünyada beynəlxalq hüququn işləməməsi fonunda Bakı istənilən addımı ata bilər. O, hətta bir qədər də irəli gedərək, Azərbaycanın Zəngəzur və Göycə mahallarını hərbi yolla götürə biləcəyini dilə gətirib: “Əgər sabah Azərbaycan və Türkiyə Zəngəzur və Göycə məsələlərini güc yolu ilə həll etsələr, nə ABŞ, nə də Avropa buna qarşı çıxmayacaq”.
Fikrət Fəraməzoğlu









