Ukraynaya 20 minədək sülhməramlı göndərilə bilər

Ukraynaya 20 minədək sülhməramlı göndərilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atəşkəs əldə olunacağı təqdirdə Ukraynada yerləşdiriləcək sülhməramlı kontingentin sayı 15–20 min nəfər arasında ola bilər.

Tribuna.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Fransa prezidenti Emmanuel Makron Parisdə keçiriləcək “İstəkli ölkələr koalisiyası”nın görüşündə Ukraynanın təhlükəsizliyi ilə bağlı konkret öhdəliklərin təqdim olunacağını bildirib.

Mənbələrə görə, bəzi Avropa paytaxtlarında kontingentin sayının 30 minə çatdırılması da müzakirə olunur. Sülhməramlılar dəniz, hava və quru təhlükəsizliyinin təminində rol oynaya bilər. Əsas qüvvəni Fransa və Böyük Britaniya təqdim edəcək: quru və hava komponentlərinə bu ölkələr cavabdeh olacaq. Türkiyə isə Qara dənizdə nəqliyyat yollarının təhlükəsizliyini üzərinə götürməyə hazır olduğunu bildirib.

Hələlik sülhməramlıların cəbhə xəttinə nə dərəcədə yaxın yerləşdiriləcəyi bəlli deyil. Avropalı rəsmilərin əksəriyyəti onların Ukraynanın qərbində, Ukrayna ordusuna dəstək və təlim məqsədilə yerləşdiriləcəyini düşünür.

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq qoşunların mövcudluğunu təhlükəsizlik zəmanətləri üçün vacib şərt adlandırıb. Onun sözlərinə görə, bu addım həm vətəndaşlar, həm də biznes və investorlar üçün Rusiyanın yenidən təcavüz etməyəcəyinə dair inam yaradacaq.

İmran Kərimli