Trampdan Venesuelaya 3 AĞIR ŞƏRT

Trampdan Venesuelaya 3 AĞIR ŞƏRT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Venesueladan Rusiya və Çinlə iqtisadi əlaqələri kəsməyi tələb edib.

Tribuna.az ABC-yə istinadən xəbər verir ki, Venesuela həmçinin neft hasilatında yalnız ABŞ ilə əməkdaşlıq etməyə və ağır xam neftin satışında ABŞ-a üstünlük verməyə razı olmalıdır.

Tramp bildirib ki, Venesuelanın müvəqqəti hakimiyyəti sanksiya altında olan 30-50 milyon barel sanksiyalı nefti ABŞ-ın nəzaərti altında satmalıdır.  “Bu neft bazar qiymətinə satılacaq və mən… bu pula nəzarət edəcəyəm ki, onun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə olunmasını təmin edim”, – o deyib.

6 yanvarda “Politico” qəzeti Ağ Evin Venesuelanın müvəqqəti prezidenti Desli Rodrigezdən ən azı üç şərti yerinə yetirməsini tələb etdiyini bildirib: narkotik qaçaqmalçılığının dayandırılması, İran, Kuba və digər “Vaşinqtona düşmən olan agentlər”in ölkədən çıxarılması və ABŞ-ın rəqiblərinə neft satışının dayandırılması. Bundan əlavə, ABŞ rəsmiləri Rodrigezin Venesuelada seçkilər təşkil edəcəyini və nəticədə istefa verəcəyini gözləyirlər./Modern.az