Tramp Qrenlandiyanı ələ keçirmək niyyətindədir – Sky News

Tramp Qrenlandiyanı ələ keçirmək niyyətindədir – Sky News

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planlarının ciddi olduğu bildirilir.

Tribuna.az xəbər verir ki, Sky News-un təhlükəsizlik və müdafiə məsələləri üzrə redaktoru Debora Heynsin yazdığına görə, Avropa ölkələri və Kanada Trampı dayandıracaq gücə malik deyil.

Məqalədə qeyd olunur ki, Qrenlandiya Danimarkanın təsiri altında olsa da, Tramp bu faktın NATO daxilində yaradacağı gərginliyə əhəmiyyət vermir. ABŞ prezidenti yaxşı bilir ki, heç bir Avropa dövləti ona qarşı hərbi güc tətbiq etməyə cəsarət etməz, çünki bu mübarizədə uduzar.

Sky News vurğulayır ki, NATO ölkələrinin illərdir ABŞ-ın hərbi gücünə, silahlarına və texnologiyalarına həddindən artıq bağlılığı Alyansın Vaşinqtonsuz özünü müdafiə imkanlarını zəiflədib. Tramp da məhz bu asılılıqdan istifadə edərək məsuliyyətdən yayınacağını düşünür.

Tramp Qrenlandiyanı niyə istəyir?
Analitiklərə görə, Trampın Qrenlandiyaya marağının iki əsas səbəbi var: milli təhlükəsizlik və təbii sərvətlər. Arktikada yerləşən ada ABŞ, Rusiya və Avropa arasında mühüm geosiyasi mövqeyə malikdir. Arktikanın getdikcə dəniz nəqliyyatı və ticarət üçün açılması Qrenlandiyanın strateji əhəmiyyətini daha da artırır.

Bundan əlavə, adada telekommunikasiya üçün vacib olan nadir torpaq elementləri, uran, milyardlarla barrel neft və böyük həcmdə təbii qaz ehtiyatları mövcuddur.

İmran Kərimli