Sürücülərin nəzərinə! – Bu yol bağlanır

Sürücülərin nəzərinə! – Bu yol bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

25 dekabr saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.
Tribuna.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – agentlik bildirib.