Sevgidə yol verilən 3 təhlükəli səhv

Sevgidə yol verilən 3 təhlükəli səhv

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq faydalı məsləhətlər verdi

Amerikalı psixoloq Mark Trevers 2026-cı ildə münasibətlərin keyfiyyətini ciddi şəkildə yaxşılaşdırmaq üçün aradan qaldırılmalı olan üç əsas davranış modelini açıqlayıb. O, bu barədə Forbes üçün yazdığı məqalədə qeyd edib ki, yeni ilin başlanğıcı psixoloji baxımdan dəyişikliklər üçün ən uyğun zamandır.

Psixoloqun fikrincə, dekabr ayı insanlara ötən ili dəyərləndirmək imkanı verir, yanvar isə yeni qərarlar və hərəkət üçün motivasiya yaradır. Məhz bu dövrdə münasibətlərdə zərərli vərdişlərdən imtina etmək xüsusilə vacibdir.

Tribuna.az həmin səhvləri təqdim edir:

1. Sevgi adı altında həddindən artıq qayğı
Bu, cəmiyyət tərəfindən tez-tez təşviq olunan davranışdır. Adətən insan qarşı tərəfin ehtiyaclarını qabaqcadan hiss edir, problemləri özü həll etməyə çalışır, emosional gərginliyi öz üzərinə götürür. Lakin bu səssiz fədakarlıq zamanla emosional tükənməyə gətirib çıxara bilər. Bu davranışı dayandırmaq soyuq olmaq demək deyil. Əksinə, münasibətdə məsuliyyəti bölüşmək və qarşı tərəfə təşəbbüs göstərmək imkanı yaratmaqdır.

2. Münaqişələrdən qaçmaq
Bir çox hallarda münaqişədən qaçmaq emosional yetkinlik kimi təqdim olunur. Halbuki araşdırmalar göstərir ki, münasibətləri dağıdan mübahisələrin mövcudluğu yox, onların necə həll olunmasıdır. Psixoloq Con Qottmanın tədqiqatlarına görə, heç vaxt mübahisə etməyən cütlüklər həmişə sağlam münasibətə malik olmur. Əksinə, bu, emosional uzaqlaşmanın gizli forması ola bilər. Münaqişələr ehtiyacları, dəyərləri və sərhədləri göstərən vacib siqnaldır.

3. Emosional intensivliyi yaxınlıqla qarışdırmaq
Bir çox insan güclü emosiyaları dərin bağ kimi qəbul edir. Bu səbəbdən sabit və sağlam münasibətlər onlara darıxdırıcı görünür. Halbuki uzunmüddətli xoşbəxtliyin əsasında etibarlılıq, mehribanlıq və münasibəti bərpa etmə bacarığı dayanır. Davamlı əlaqələr üçün emosional stabillik son dərəcə vacibdir. Münasibətin “doğru” olub-olmadığını dəyərləndirərkən təkcə hisslərin gücünə deyil, partnyorunuzun yanında özünüzü nə qədər sakit və güvənli hiss etdiyinizə də diqqət yetirin.

İmran Kərimli