“SAB”ın məhsullarında zərərli qida əlavələri aşkarlandı – Foto

“SAB”ın məhsullarında zərərli qida əlavələri aşkarlandı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SAB” brendi altında ət və süd məhsulları istehsal edən “Zəhmət-Ruzi” MMC müəssisəsinin əksər məhsullarının tərkibində zərərli qida əlavələrinin olduğu məlum olub.

Tribuna.az xəbər verir ki, zərərli qida əlavəsi ilə zəngin olan “SAB” məhsullarından biri də 18 faiz yağlılıqda olan şor məhsuludur.
Belə ki, müəssisənin rəsmi saytında məhsulla bağlı yerləşdirilən məlumatda qeyd edilib ki, onun tərkibi 18% yağlılıqda – yağsız təbii süd, süd yağı əvəzləyicisi, maya mezofil-termofil streptokokkları, kalsium xlorid və kalium sorbat, xörək duzu, zirə (çörəkotu), qaymaq 50% yağlılıqdadır.
Bu tərkib məlumatsız əhali üçün bir o qədər də qorxulu görünməyə bilər. Ancaq qida mütəxəssislər belə qida əlavələri ilə zəngin olan məhsulların olduqca zərərli olduğunu bildirir.

Tərkibə əsasən, bu məhsulu təbii şor hesab etmək olmaz. Şorun tərkibindəki Kalsium xlorid — E509 süd məhsullarında laxtalanmanı yaxşılaşdırmaq, kəsmiyin/şorun bərkliyini artırmaq üçündür. Bu maddənin həddən artıq istifadəsi mədə qıcıqlanması, böyrək problemi olanlarda risk yarada bilər. Uşaqlar və yaşlılar üçün normadan artıq doza məsləhət deyil.
Məhsulun tərkibində həmçinin Kalium sorbat — E202 qida əlavəsi də var. Bu, konservantdır. Küf və maya göbələklərinin qarşısını alır. İnsanda allergik reaksiyalar (qaşınma, səpkilər) yarada bilər. Həssas insanlarda isə baş ağrısı, mədə-bağırsaq narahatlığı yaradır. Uşaqlar üçün tez-tez istifadə tövsiyə olunmur. Əgər bir məhsulun tərkibində E202 maddəəsi varsa, o təbii məhsul sayılmır.

Qida mütəxəssisləri bu kimi məhsulları gübdəlik istifadə üçün məsləhət görmür.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul