Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, idman naziri Axmat Kadırov daha bir vəzifəyə təyin olunub.
Tribuna.az xəbər verir ki, bu barədə R.Kadırov teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı Axmat Çeçenistanın hökumət rəhbərinin müavini postuna gətirilib. Təyinat Çeçenistan hökumətinin rəhbəri Maqomed Daudovun tövsiyəsi ilə həyata keçirilib.
Ramzan Kadırov oğlunu məsuliyyətli və effektiv lider kimi xarakterizə edərək, onun idarəetmə təcrübəsini və respublikanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
Xatırladaq ki, A.Kadırov ötən ilin mayında bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilmişdi.









