Rafael Ağayevdən sonra o da danışdı – “Federasiya prezidenti məni zala buraxmır” – Video

Rafael Ağayevdən sonra o da danışdı – “Federasiya prezidenti məni zala buraxmır” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rafael Ağayevin Azərbaycan Karate Federasiyası ilə arasında olan problemi ictimailəşdirməsindən sonra, məşhur cüdoçu, sambo üzrə 5 dəfə Dünya Çempionatlarının, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan Zülfiyyə Hüseynova da Azərbaycan Cüdo Federasiyasının ona yaratdığı problemlərdən danışıb.

Tribuna.az xəbər verir ki, idmançı jurnalist Səidə Bəkirqızına verdiyi müsahibədə bildirib ki, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu onu zala buraxmır:

“Cənab prezident İlham Əliyevə məktub yazdım və məktubuma cavab gəldi ki, Zülfiyyə Hüseynovanı işlə təmin edin. Həmin məktub gələndən sonra Azərbaycan Cüdo Federasiyasından Rəşad Rəsullu bildirdi ki, sənə uyğun hələlik iş yoxdur. Yəqin mən ondan hansısa banka müdir qoymağı istəmişəm, o da məni yəqin bankir etmək istəməyib.
Mən ona bildirdim ki, sabah mən bununla bağlı harasa şikayət etsəm, kimsə ölkə başçısına nəsə bildirsə – çünki hamı bilir ki, prezident idmana nə qədər pul xərcləyir – mənzil deyik, sənlikdir. Rəşad Rəsullu bildirdi ki, o zaman səni zala buraxmayacağam. Ona bildirdim ki, bu zal nə sənin dədənin zalıdı, nə də məim dədəmin.
Bundan sonra mənim başqa kanallarda çıxışım oldu. Bu sözü də bildirmişdim. Ondan sonra mən zala məşq üçün gedəndə onun səsini də yazdım. Çünki bizim biz idmançıya qarşı da haqsızlıq etmişdilər, ancaq boynuna qoya bilməmişdilər.
Mən zalda olarkən mənə bildirdilə ki, artıq rəhbərlik tapşırıb ki, zala kənar şəxslər buraxılmasın. Onlara bildirdim ki, siz kənar şəxslər deyəndə kimi nəzərdə tutursuz? Dedilər, milli komanda.
Mən də ustalar arasında millo komandanın yeganə üzvü və dünya çempionuyam, kimin nə ixtiyarı var ki, məni içəri buraxmırlar.
Bəli, məni zala buraxmadılar. Yəqin ki, o zalı onun atası tikib, onun özəl zalıdı, dövlət tikməyib. O zaman ora 16 milyon dövlət büdcəsindən niyə xərclənib ki, ora da Rəşad Rəsullunun özəl zalı olub”.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Gülşən Rəsul