Putin: Bizə təklif olunan kompromislərlə razıyıq

Putin: Bizə təklif olunan kompromislərlə razıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Rusiyanın danışıqlara və müharibənin sülh yolu ilə başa çatdırılmasına hazır olduğunu bildirib

Tribuna.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin sülh yolu ilə başa çatdırılması və danışıqlara başlamağa hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, bundan sonrakı addımlara görə məsuliyyət Kiyevin və onun Avropadakı müttəfiqlərinin üzərinə düşür.

Putin qeyd edib ki, Donald Tramp münaqişənin tənzimlənməsi üçün ciddi səylər göstərir və Moskva Ankoricdə keçirilən görüşdə təklif olunan kompromislərlə razılaşıb. Rusiya prezidentinin fikrincə, Rusiyanın bu təkliflərdən imtina etməsi barədə iddialar “tamamilə əsassızdır”.

“Bizim nəyisə rədd etdiyimizi demək tamamilə yanlışdır və heç bir əsası yoxdur. Moskvada keçirilən ilkin görüşlərdə bizə müəyyən təkliflər verildi və konkret kompromislərə getməyimiz xahiş olundu. Ankoricə gəldikdə isə bildirdim ki, bunlar bizim üçün asan qərarlar olmayacaq. Lakin biz bizə təklif olunan kompromislərlə razıyıq”, – deyə Putin bildirib.

Rusiya prezidenti vurğulayıb ki, Moskva dialoqa açıqdır və münaqişənin diplomatik yolla həllində maraqlıdır.

İmran Kərimlı

Tribuna.az