Paşinyanın “xaç yürüşü”: “Bakının təlimatını yerinə yetirirlər”

Paşinyanın “xaç yürüşü”: “Bakının təlimatını yerinə yetirirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən İrəvanda baş nazir Nikol Paşinyan və hakim Mülki Müqavilə Partiyasının rəsmilərinin iştirakı ilə yürüş keçirilib.

Tribuna.az xəbər verir ki, baş nazir tərəfindən “xaç yürüşü” adlanddırılan bu aksiyanın məqsədi erməni kilsəsində dəyişiklik məqsədi daşıyıb.

Belə ki, Paşinyan və komandası hazırkı katalikos II Qaragenin kilsəni siyasi məqsədlər üçün istifadə etdiyini, subaylıq andını pozduğunu bəyan edirlər. Bundan başqa, onlar erməni kilsəsinin cəmiyyətdə nifaq salmaq fikrində olduğunu bildirirlər. Və II Qaragenin istefa verməsini tələb edirlər.

Qeyd edək ki, Ermənistanda müxalifətdə olanlar bu hadisənin Azərbaycan və Türkiyə tərəfindən təşkil edildiyini iddia edirlər. Məsələn, hərbi ekspert Hayk Nahapetyan deyib ki, “Paşinyan öz ağalarının, xüsusən də Azərbaycan və Türkiyənin göstərişlərini yerinə yetirir”.

Onun fikrincə, Bakı və Ankara Ermənistanda yeni kilsə yaradılmasını istəyirlər.

Fərda Uğur