Partiya sədrindən sərt sözlər: “Razi Nurullayev qənaətdən danışır, qardaşı oğluna Dubayda toy edir”

Partiya sədrindən sərt sözlər: “Razi Nurullayev qənaətdən danışır, qardaşı oğluna Dubayda toy edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL Partiyasının sədri Natiq Cəfərli ölkədə aparılan siyasətlə real vəziyyət arasında ciddi ziddiyyətlərin olduğunu bildirib. O, bu barədə sosial şəbəkə hesabında yazdığı paylaşımda bildirib.

Tribuna.az xəbər verir ki, partiya sədri Natiq Cəfərli paylaşımında deputat Razi Nurullayevi də tənqid edib:

“Deputat çıxıb deyir ki, dəbdəbəli toy etmək yanlışdır, bu “ənənəni” pozmaq, israfçılığı azaltmaq lazımdır, amma elə həmin deputatın qardaşı, oğluna Dubayda fantastik dəbdəbəli toy edir”.

Partiya sədri fikirlərinə bu sözlərlə davam edir:

“Turizm prioritet elan olunur, amma quru sərhədlər bağlı qalır.
Aqrar sahə önəmli elan olunur, amma son 3 ildə iribuynuzlu mal-qaranın sayı 200 mindən çox, qoyun-keçi sayı 1,5 mln. başa yaxın azalır.
Avropaya qaz satırırıq, amma Bakının özündə belə qazla təminatda problemlər yaşanır.
Qeyri-neft sektorunun inkişaf etdiyini deyirlər, amma neft-qaz tükənəndə halımızın yaxşı olmayacağı etiraf olunur.
Ölkənin 85 mlrd. valyuta ehtiyatı var, amma bu ildən başlayaraq xaricdən sürətlə borclanmağa başlayacağıq.
Bir neçə ildir ki, ölkədə kərə yağı durmadan bahalaşır, amma hökumət bu ildən kərə yağının gömrük rüsumunu 5%-dən 15%-ə qaldırır ki, bu da qiymətlərin avtomatik 10% civarında yenidən bahalaşmasına səbəb olacaq.
Bax belə “amma”-larla dolu, “maraqlı” bir zamanda yaşayırıq”.

Nigar İxtiyarqızı