Nazir Misir Mərdanovun bacısı oğluna VƏZİFƏ VERDİ – YENİLƏNİB

Nazir Misir Mərdanovun bacısı oğluna VƏZİFƏ VERDİ – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsinə təyin olunan Anar Qocayevlə bağlı maraqlı detal məlum olub.

Tribuna.az  “Unikal”a istinadən xəbər verir ki, baş idarə rəisi təyin edilən A.Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur.

Qeyd edək ki, Anar Qocayev sabiq polis rəisi Nizami Qocayevin qardaşı oğlu, eks-təhsil naziri Misir Mərdanovun isə bacısı oğludur.

***

10:29

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

Tribuna.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.