İstanbul Baş Prokurorluğunun məşhur simaları da əhatə edən irimiqyaslı narkotik istintaqında diqqətçəkən hadisələr yaşanır.
Tribuna.az xəbər verir ki, sosial media fenomeni Şeyma Subaşı istintaq çərçivəsində prokurorluğa verdiyi ifadədə narkotik maddə istifadə etdiyini bildirib.
Subaşı 2025-ci il dekabrın 30-da Mayamidən İstanbula qayıdarkən hava limanında saxlanılıb. Onun barəsində daha əvvəl həbs qətimkan tədbiri ilə bağlı orderin olduğu da qeyd olunur.
Qan və saç nümunələri götürüldükdən sonra Şeyma Subaşı prokurorluğa aparılıb. Təxminən dörd saat davam edən ifadədən sonra onun barəsində ölkəni tərk etməmək şərti ilə səyahət qadağası tətbiq edilib və zaminə buraxılıb. Hazırda narkotik testlərinin nəticələrinin açıqlanmadığı bildirilir.
Eyni istintaq çərçivəsində aparılan araşdırmalarda bir sıra tanınmış simalarla bağlı da yeni məlumatlar ortaya çıxıb. Aktrisalar Melisa Döngel, Ezgi Eyüboğlu, sosial media fenomeni Mümine Senna Yıldız və Cihan Şensözlü (Cihanna) barəsində Ədliyyə Tibb Qurumunda aparılan testlərin kokain maddəsi üzrə “müsbət” nəticə verdiyi iddia olunur. Aktrisa İrem Sakın test nəticəsinin isə mənfi olduğu bildirilir.
İş materiallarında Kasım Garipoğlu və digər şəxslərin adlarının da yer aldığı bildirilir.
Araşdırmalar davam edir.









