Krılov: “Qərbi azərbaycanlıların təhlükəsizliyini Azərbaycan qoruyacaq”

Krılov: “Qərbi azərbaycanlıların təhlükəsizliyini Azərbaycan qoruyacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təkcə konstitusiya dəyişiklikləri və Zəngəzur dəhlizi deyil, həm də Azərbaycan əhalisinin kütləvi şəkildə köçürülməsi, yəni 1987-1988-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlıların və digər müsəlmanların geri qayıtması əsas tələb kimi qoyulub və qəbul edilib”.

Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, Qafqaz Alimləri Elmi Birliyinin prezidenti Aleksandr Krılovdur.

O bildirib ki, azərbaycanlıların öz tarixi torpaqlarına ləyaqətlə qayıtması üçün onların təhlükəsizliyinin təmin edilməsi də tələb olunur. “Bu təhlükəsizlik ya Ermənistan-Azərbaycan birgə qüvvələri, ya da sadəcə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən təmin edilə bilər”.

Krılov qeyd edib ki, bu məsələ gündəmdədir. “Görünür ki, bunsuz sülh müqaviləsi imzalanmayacaq. Azərbaycan heç vaxt tələblərindən əl çəkməyib və ciddi məqsədlər olmadan güzəştə getməyib”.

Fikrət Fəraməzoğlu