Kəmalə Günəşli müğənni Ofelyadan incidi — “Dəyən ziyan mənə və çörəyimə dəydi” (VİDEO)

Kəmalə Günəşli müğənni Ofelyadan incidi — “Dəyən ziyan mənə və çörəyimə dəydi” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Kəmalə Günəşli qatıldığı televiziya verilişlərinin birində həmkarı Ofeliya ilə bağlı narazılığını dilə gətirib.

Tribuna.az xəbər verir ki, sənətçinin sözlərinə görə, Ofeliyanın səsləndirdiyi fikirlər onu incidib və bu məsələdə haqsız yerə zərər görən tərəf özü olub.

Kəmalə Günəşli qeyd edib ki, Ofeliyanın Əflatun bəylə yaşadığı intriqalar ona aid deyil və bu mövzuda tərəf olmaq istəmir:

“Ofeliyanın Əflatun bəylə olan intriqası mənə çatmır. Hər ikisinə də hörmətim var. Amma nəticədə ortada qalan mən oldum”.

Müğənni vurğulayıb ki, yaranmış vəziyyət ona həm mənəvi, həm də maddi ziyan vurub:

“Dəyən ziyan birbaşa mənə, çörəyimə dəydi”.

Qeyd edək ki, sözügedən açıqlamalar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Ətraflı videomaterialı təqdim edirik:

Gülşən Rəsul