İranda referendum tələbləri artır

İranda referendum tələbləri artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda son hadisələrdən sonra islahatçı qanadın nümayəndələri rejimi sərt tənqid etməyə başlayıblar.

Tribuna.az xəbər verir ki, 2009-cu il prezident seçkilərində namizəd olmuş və uzun illərdir ev dustağı olan “Yaşıl Hərəkat” lideri Mirhüseyn Musəvinin açıqlamasına digərləri də qoşulub.

Belə ki, dünən  “Yaşıl Hərəkat”ının digər lideri, prezidentliyə nazmizəd  Mehdi Kərrubi də molla rejimini tənqid edib. O bildirib ki, İranı hazırkı vəziyyətə dini lider Əli Xamineyi salıb: “Ölkənin hazırkı vəziyyəti Xameneinin daxili və beynəlxalq dağıdıcı müdaxilələri və siyasətinin nəticəsidir. Yeganə dinc çıxış yolu azad referendum keçirməkdir”.

İranın sünni din xadimi, Bəlucistanda dini lider kimi qəbul edilən Mövləvi Əbdülhəmid də bu bəyanatı dəstəkləyən fikirləri bildirib. O qeyd edib ki, zorla heç kimi eyni rejimdə yaşamağa məcbur etmək olmaz. “Əgər İran xalqı indiki rejimdə yaşamaq istəmirsə, onu dəyişmək lazımdır. Zorla dini yaymaq haramdır”.

O daha sonra bildirib ki, İranda referendum keçirilməli və insanlara seçim haqqı tanınmalıdır. “Əgər mən İranın rəhbəri olsaydım, referendum keçirərdim. İnsanlar özləri hansı rejimdə yaşamaq istədiklərinə özləri qərar verərdilər”.

Fərda Uğur